Ayaqqabı meşəsi – 40 ildir buranın sirrini heç kim aça bilmir – FOTOLAR

Kanadalı fotoqraf Petti Maher etdiyi səyahətlərinin birində çox qəribə meşə ilə qarşılır. Kanadanın Ontario əyalətində yerləşən bu kimsəsiz meşəni qəribə edən oradakı ağacdır. Belə ki, bu ağacda illərdən bəri asılı qalan müxtəlif ayaqqabılar var.
Minval.İnfo xəbər verir ki, inanılması çətin olsa da bura ayaqqabılardan ibarət bir meşədir. Bu mənzərə qarşısında heyrətlənən fotoqraf məsələnin dərinliyinə varmaq qərarına gəlib. Bunun üçün həmin bölgəni gəzərək ətraflarda yaşayan insanlardan meşə ilə bağlı məlumat toplamaq istəyib.

Fotoqraf əvvəlcə düşünürmüş ki, bu məşədə qətliam olub və bu ağacları da onların şərəfinə bu formaya salıblar. Lakin uzun müddətli araşdırma nəticəsində burada yaşayan heç kimin meşənin tarixçəsini bilmədiyini öyrənib. Fotoqraf Maher bölgəni izləyən polis bölməsindən də yardım alıb və burada heç bir faciənin yaşanmadığını öyrənib.

Bu bölgədə əfsanəyə çevrilən ayaqqabı meşəsi haqqında çoxlu mülahizələr mövcuddur. Bəziləri hesab edir ki, bura 70-ci illərdə Kanadada çox məşhur olan “azadlıq yürüşü” cərəyanına dəstək vermək üçün yaradılmış bir sənətdir. Digərləri isə ərazidə yaşayan yerlilərin gəlmələri qorxutmaq üçün bunu etdiklərini söyləyir.

Maher ayaqqabıları tək-tək incələyib və ağacların budağındakı ən köhnə ayaqqabının 1972-ci ilin modeli olduğunu müəyyənləşdirib. Meşədə ayaqqabılarla yanaşı, skelet maketləri və qorxuducu şəkillər də mövcuddur.
Məleykə
Minval.İnfo

