Aydın Əliyev: “Gömrüklə bağlı şikayətlərin 99 faizi siqaretlə bağlıdır”

“Ötən il 6 milyon qutudan çox siqaretin qaçaqmalçılıq yolu ilə ölkəyə keçirilməsi əngəllənib”. Bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev yanvarın 19-da “2017-ci ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda keçirilən mətbuat konfransında jurnalistlərin aksizsiz satılan siqaretlərlə bağlı sualına cavab verərkən səsləndirib.

A.Əliyev onu da vurğuladı ki, artıq hər kəs ayda yalnız 3 blok siqareti ölkəyə gətirə bilər: “Dövriyyədə aksizsiz siqaretlər haradandır? Biz dəfələrlə danışmışıq ki, bu ölkəyə çox böyük ziyandır. Statistik məlumatlara görə, 2016-cı illə müqayisədə siqaretin, spirtli və spirtsiz içkilərin rəsmi idxalı kifayət qədər artıb. Aksizsiz siqaretlərin bazarda mövcudluğuna gəlincə, Nazirlər Kabinetinin kommersiya məqsədi daşımayan malların gətirilməsi ilə bağlı 305 saylı qərarında bildirilirdi ki, hər bir insan sərhədi keçərkən özü ilə 3 blok siqaret gətirə bilər. Burad heç bir vaxt məhdudiyyəti qoyulmurdu. Sonradan biz hökumətə yazdıq, bildirdik, bu qərarın “ayda 1 dəfə”yə azaldılmasına nail olduq. Ancaq burada da yaş məhdudiyyəti yoxdur, yalnız şəxsi istifadə üçün yazılıb”.

Komitə sədri bildirdi ki, insanlar xaricdən ən çox siqaret gətirməyə çalışır: “Gömrüklə bağlı şikayətlərin 99 faizi siqaretlə bağlıdır ki, əlimdən siqareti aldılar. Rayonlarda işbazlar var ki, kənd-kənd gəzirlər, insanları yığıb aparırlar, sərhədi o tərəfə keçirlər, əllərində siqaretlə geri qayıdırlar. Biz təkcə əldə deyil, avtomobillərdə də qanunsuz keçirilən siqaretləri müsadirə edirik. Çalışırıq izləyək və əməliyyat aparaq. Onları harada cəmləşdirdiklərini öyrənib müsadirə edir, dövriyyədən çıxarırıq”. musavat.com

Ölkə

Nəşr edilib: 2018/01/19 12:35

Baxış: 169


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06