Aynur Elgünəş: “Meydan TV əməkdaşlarına qarşı qadağanın ləğvi aksiyamızdan sonra gerçəkləşdi”

“Meydan TV”nin əməkdaşlarına qoyulan ölkədən çıxış qadağası götürülüb. Bu barədə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinin rəisi Eldar Əhmədov sözügedən jurnalistlərə məlumat verib. Son olaraq, may ayının 7-də jurnalist Aytac Əhmədovanın üzərindən ölkəni tərk etmək qadağası götürülüb.

Onunla yanaşı, Tural Əsədi və Aytən Fərhadovanın da sərhəd qadağası ləğv edilib.
Daha öncə isə jurnalistlər Aynur Elgünəş, İzolda Ağayeva, Natiq Cavadlı, Səlimə Cəlilova və yazıçı Rasim Qaracanın ölkədən çıxışına qoyulan qadağa götürülmüşdü.

Bu barədə musavat.com-a açıqlama verən Aynur Elgünəş bildirdi ki, hazırda Meydan TV-nin səlahiyyətli şəxslərinə qarşı açılmış cinayət işi davam edir: “Amma şahid qismində istintaqa dəvət edilən jurnalistlərin ölkədən çıxışına qoyulan qadağa qaldırılıb. Mənimlə bağlı qərar mayın 1-də verildi. Səhhətimə görə müxtəlif hüquq müdafiəçiləri, vəkillər həm yerli, həm də beynəlxalq təşkilatlara müraciətlər etmişdilər. Özüm də ərizə ilə müraciət etmişdim, müalicəyə getmək istədiyimi bildirmişdim. Çünki son aylar ayağımda kəskin ağrılar yaranıb. Digər əməkdaşlara qoyulan “stop”ların götürülməsi isə aksiyamızdan sonra gerçəkləşdi. İstintaq idarəsinin rəisi Eldar Əhmədovun qəbulunda olduq, ondan sonra söz verildi ki, yaxın günlərdə qadağa götürüləcək, elə də oldu”.

Emin Millinin “Meydan TV” rəhbərliyindən getməsi ilə bağlı müzakirələrə gəlincə, Aynur Elgünəş onun sosial şəbəkədə yazdıqlarının həqiqəti əks etdirdiyini bildirdi: “İstefasının səbəbini özü yazıb və inanın ki, dedikləri tam həqiqətdir. Məsələnin görünən və görünməyən tərəfləri yoxdur”.

Ölkə

Nəşr edilib: 2019/05/10 16:56

Baxış: 264


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06