Ayşən Abduləzimova: “Azərbaycan millisinin nüfuzunu qaytaracağımıza inanıram”

“Vaşaş” klubunun heyətində Macarıstan çempionu olan Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimovanın “Report”a müsahibəsi

– Növbəti dəfə bu titula sahib çıxdınız. Təəssüratlarınız necədir?
– Çox sevincliyəm. Tək mən yox, bütün “Vaşaş” ailəsi olaraq xoşbəxtik. Final oyunlarımız bir az gərgin keçdi. 5 qarşılaşma oynadıq və son görüşdə 3:0 hesablı qələbəyə nail olaraq istəyimizə çatdıq. Ondan əvvəlki oyunların hamısında 3:2 hesabı qeydə alınmışdı.

– Bu klubda üçüncü dəfə Macarıstan çempionu oldunuz. Bu barədə nə deyə bilərsiniz?
– Bu uğurları komanda olaraq əldə etmişik. Daha əvvəl ölkə kubokuna da sahib çıxmışdıq. Bütün bunlar əziyyətimizin bəhrəsidir.

– Klubla müqaviləniz başa çatır. Yeni sözləşmə ilə bağlı təklif almısınızmı?
– Müqavilə haqqında danışıqlarımız davam edir. Ümid edirəm ki, xeyirlisi nədirsə, o da olacaq.

– Pandemiyadan sonra bu mövsüm Azərbaycan Super Liqası da baş tutub. Çempionatın səviyyəsini necə görürsünüz?

– Azərbaycan Super Liqasının uzun müddətdən sonra keçirilməsi sevindirici haldır. İnanıram ki, gələcəkdə daha güclü çempionatımız olacaq.

– Yenidən Azərbaycanda oynama variantınız varmı?
– Hər kəs ailəsinə, ölkəsinə yaxın olmaq istəyir. Amma hazırda bu suala cavab verməkdə çətinlik çəkirəm (gülür),

– Ölkə voleybolunun hazırkı vəziyyəti sizi qane edirmi?
– Biz də istərdik ki, daha yaxşı olsun. Çempionatımız əvvəlki illərə nisbətən zəifləyib. Ümid edirəm ki, ildən-ilə, gündən-günə daha da güclü olacaq.

– Azərbaycan yığmasının əvvəlkitək uğurlu çıxış etməsi mümkündürmü?
– Əlbəttə, hər şey mümkündür. Milli komandamız gəncdir və yetərincə gənc oyunçular yetişir. Əvvəlki nüfuzumuzu qaytara biləcəyimizə inanıram.

İdman

Nəşr edilib: 2022/05/11 14:54

Baxış: 309


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06