Aysel serialdan getdi: “Sağ qalmalı, onları öldürməli…” – VİDEO, FOTOLAR
Aktrisa Aysel Nazim Nazlı obrazını canlandırdığı “Sevgi naminə” serialından uzaqlaşıb.
Bu barədə musavat.com saytına açıqlama verən aktrisa ekran işində çəkilməməyinin səbəbini belə açıqlayıb: “Mən ssenarini oxuyub serialda çəkilməyi qəbul edəndə Nazlı obrazının səhnələri tamamilə baş cür idi. Biz ssenarini ilk oxuyanda Rüfət Nəzərin canlandırdığı Nazlının qardaşı Salman obrazı serialın sonuna qədər sağ qalmalı, serialdakı bir çox obrazı öldürməli idi. Sonra elə oldu ki, ssenarini dəyişdirdilər, Salman obrazını öldürdülər. Salman öldükdən sonra ssenari zəifləməyə başladı. Mən öz adıma ssenarini bəyənmədim. Çünki mənim oynadığım obrazda adiləşməyə başladı. Nazlının aqibəti mənim qəbul etdiyim ssenaridəki kimi deyildi, artıq səhnələr tamamilə dəyişmişdi. Buna görə də qərar aldım ki, serialı tərk edim”.
– Serialdan ayrılmağınıza “Maşın “ şounun təsiri oldumu?
– Serialın komandasına “Maşın şou”a qatılaçağımı bildirmişdim. Düzdür, “Maşın şou”nun qanunlarına görə lap əvvəldən xəbər verə bilmədim. Yarışa qatılmağımın seriala heç bir pis təsiri yox idi. Əksinə seriala gündəmdə olan insanların çəkilməyi daha yaxşıdır. Sonra türkiyədə Türkiyə-Azərbyacan Kardeşlik Ödülləri gecəmiz oldu. Ora getdim. Serial ilə işlərimi bərabər çatdıra bilmirdim. Ssenari də zəiflədiyi üçün serialdan imtina etdim.
– İlk dəfə “Maşın” şouya qatıldınız. Təəssüratlarınız necə oldu?
– Əla, Murad bəyə təşəkkür edirəm. Yaxşı ki, qatıldım. Yeni dostlar qazandım, hər gün onlarla danışırıq. Son ikiyə qalan Ranarla dostluğumuz var idi. Xəyalə ilə tanış idik, ancaq dostluğumuz yox idi, orada dostlaşdıq. “Maşın” şouda bir çox dostluqlar möhkəmləndi. Sona Ranar və Xəyalənin sona qalmağına sevindim. Mübariz olan qazandı. Xəyalənin maşını yox idi, onun qazanmağına həqiqətən, çox sevindim.
– Aysel Nazim maşını olmayan Xəyalənin qazanmağı üçün əlini maşından çəkərdimi?
– Bəli, Xəyalə ilə mən sona qalsaydım, onun qazanmağı üçün əlimi maşından çəkərdim. Ən azından mənim maşınım var. Məncə, Ranar da belə etdi.
– Hər il Türkiyədə Bonne Vie jurnalı “Sinema güzeli” yarışması keçirir. Bu il münsiflərdə siz də varsınız.
– “Sinema güzeli” adlı yeni layihəmiz var. Bu Türkiyə ilə bağlı ikinci layihəmdir. Bu layihə Türkiyədə hər il keçirilir və film sektoruna yeni üzlər qazandırır. Bu jurnalın Hakan Solakerin layihəsidir. Məni bu layihədə münsiflər heyəti olmağa dəvət etdilər. Elə oldu ki, layihənin Azərbaycan təmsilçiliyi sahib olduğum “Can” Media şirkətinə həvalə olundu. Bakıda seçiləcək bir oğlan və bir qız iştirakçı Türkiyədəki seçimlərə qatılmağa haqq qazanacaq və aktyorluq təhsili alacaq. Yarışmanın qalibləri filmdə baş rolda çəkiləcək. Iki seçim turu olacaq. Birini biz seçəcəyik. İkincisində Türkiyədən qonaqlarımız olacaq. Seçim üçün Tamer Karadağlı, Sevda Alkor, İvana Sert gələcək.
– “Sinema güzeli” yarışmasına kimlər qatıla bilər?
– 18-28 yaş arası aktyorluq qabiliyyəti olan qız və oğlanlar yarışda iştirak edə bilər. Təbii ki, iştirakçıların xarici görünüşü yaxşı olmalı və onlar ekrana yaraşmalıdır.

