“Az oxuduğu üçün toy sahibi Xatirənin pulunu verməyib” – Vasif Məhərrəmli
Aparıcı Zaur Kamal Əməkdar artist Vasif Məhərrəmlinin müğənni Xatirə İslama görə toy yiyəsi ilə dalaşdığını açıqlayıb.
Minval.info axşam.az-a istinadən xəbər verir ki, onun sözlərinə “5/5” verilişində qonaq olan Vasif etiraz etməyib. Sənətçi məsələ ilə bağlı gerçəyi açıqlayıb:
“Həmişə belə olub: Xatirə gəlib oxuyub gedib, qonorarı sonra vermişəm. Yenə də elə oldu. Toyun sonunda ev sahibi gəldi, Xatirə xanımın qonorarından kəsmək istədi. Dedi ki, Xatirə dediyi vaxtdan az oxuyub, pul az veriləcək.
Nə öz, nə də Xatirənin pulunu götürdüm. Dedim, ya onun da pulunu bütöv ver, ya mən də pul istəmirəm. Çıxdım məclisdən getdim. Səhəri həmin adam gətirdi, pulu həyətimizdə verdi getdi.
Əslində həmin adam dostumuzdur, yaxşı insandır. Sadəcə, onu qızışdırmışdılar”.
Xatirə isə deyilənlərə “Ömürboyu getdiyim məclisdə danışdığım vaxtdan artıq oxumuşam. Yarım saatlıq götürmüşəm, 40 dəqiqə ifa etmişəm” sözləri ilə, münasibət bildirib.

