Azər Axşamın anası: “Bir sözümü iki edə bilməz!”

Aparıcı-aktyor Azər Axşam “Zaurla Günaydın” verilişinin qonağı olub.
Minval.info saytı axşam.az-a istinadən bildirir ki, o, proqrama anası Pəri xanımla birlikdə qatılıb.
Pəri xanım övladlarına və gəlinlərinə qarşı ciddi olduğunu deyib:
“Çox sərtəm. Sözümün qarşısına söz qoya bilməzlər. Azər bir sözümü iki edə bilməz. Gəlinlərə qayınana kimi hörmət qoyuram. Neçə il dərs demişəm. Uşağa sakit dur deməmişəm, bir baxışım bəs olub, hamısı sakit oturub. Sinifdə uşaqları qoyub getmişəm, direktor bilməyib”.
XƏBƏR LENTİ
2025/11/19 14:22

