Azərbaycan böyük əməliyyata hazırlaşır

Qeyri-rəsmi mənbələrin xəbərlərində və sosial şəbəkələrdə Azərbaycanın Naxçıvandan erməni mövqelərinə doğru irəlilədiyi deyilir. Bəs reallıqda regionda nə baş verir?

Qeyri-rəsmi məlumata görə, Azərbaycan ordusu Naxçıvan-Ermənistan sərhədində 1683 metr yüksəklikdə yerləşən Qızılqaya dağındakı strateji mövqeləri ələ keçirib. Məlumat Azərbaycan rəsmiləri tərəfindən təsdiqlənməsə də, ölkənin xəbər saytları durmadan bu haqda yazır. Hətta bunun Ermənistanda 1 yüksək vəzifəli şəxsin istefasına səbəb olduğu belə, deyilir.

Şəhid xəbərinin gəlməsilə əməliyyata başlanıb

Xəbər saytları ilə yanaşı, məlumatı həmin bölgədə yaşayan mülki əhali də təsdiqləyir. Deyilənə görə, Azırbaycan Silahlı Qüvvələri 1 əsgərinin şəhid olduğuna dair xəbərin gəlməsilə hərəkətə keçib. Şəhid əsgər Naxçıvandan deyil. Orada Bakı başda olmaqla, fərqli rayonlardan gəlmiş əsgərlər qulluq edir.

Naxçıvanda mövqelər bir-birindən uzaqdır və oradan şəhid xəbərləri də çox gəlmir

Bölgədə yaşayan insanların dediyinə görə, burada vəziyyət ümumilikdə sabit olur. Bunun səbəblərindən biri də mövqələrin bir-birindən çox uzaq olmasıdır. Regionun Türkiyənin qaranı altında olması, Azərbaycan Silahlı Qüvvələrinin çox güclü olması da Ermənistanın bu bölgədə hər hansı təxribata əl atmasına imkan vermir. Bu üzdən bölgə sakinləri hesab edir ki, buradakı sabitlik hansısa kiçik təxribatla pozula biməzdi.

Rəsmi mənbələr təkzib etmir

Bir sözlə, son günlər Azərbaycan hərbçilərinin erməni mövqelərinə hücum etdiyinə dair xəbərlər bir-birini əvəzləməkdədir. Azərbaycan rəsmilərisə məlumatı təsdiqləməsə də, təkzib də etmir. İddialara görə, baş verənlər hərbi sirr olduğundan, gizli saxlanılır. Bu gizliliyin daha bir səbəbininsə böyük bir əməliyyata hazırlıqla bağlı olduğu ehtimalı da var.

Azərbaycan ordusu 5 kilometr irəliləyib

Bu bölgədə Ermənistan və Azərbaycan mövqeləri arasında məsafə 5 kilometrdən bir qədər qısadır. Demək, deyilənlər doğrudursa, Azərbaycan ordusu 5 kilometr irəliləyib. Hazırda ərazidə hər hansı döyüş əlamətləri yoxdur. Amma 5 kilometrlik hissə Azərbaycanın nəzarətindədir. Qeyri-rəsmi məlumatlara görə, bölgədə hərbi təlimlər də artıb.

Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisi Movses Akopyanın məhz bu hadisələr üzündən vəzifəsindən qovulduğu deyilir. Onun yerinə Artak Davtyan təyin edilib.

Ermənistanın əsassız iddiaları

Ermənistanın “dünyadan təcrid edilmiş erməni torpaqları” adlandırdığı Naxçıvan Azərbaycanın təxminən 300-350 min əhalisi olan muxtariyyətidir. O, Ermənistan, İran və Türkiyə (13 kilometr) ilə həmsərhəddir.

Ermənistan Azərbaycan ərazisinin 20%-ni işğal edib. Üstəlik, onun iddia etdiyi Azərbaycan torpaqları arasında Naxçıvan da var. Regiona tarixi bağları olduğunu iddia edən Ermənistan hər fürsətdə türk torpaqlarına hücuma keçir. Guya bölgədə ermənilər tarixi köklərə malikdir. Onların Naxçıvana verdiyi əhəmiyyət də “Böyük Ermənistan” xülyasına xidmət edir. Halbuki, bütün bunların heç bir elmi əsası yoxdur – qondarma “erməni soyqırımı” kimi. Ermənilər sadəcə, dünyadakı lobbiçilərinin dəstəyilə ictimai rəy formalaşdırmağa çalışır.

Naxçıvan türk dünyasına açılan qapıdır

Məsələyə Türkiyə olaraq baxarkən deyə bilərik ki, bura Türkiyənin digər türk dövlətlərinə, türk dünyasına açılan qapısıdır. Türk dünyası ilə Türkiyənin bir-birindən bilərək, məqsədli şəkildə uzaq salındığını deyən Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva bu bölgədə həqiqətin bu sərhədləri çəkənlər tərəfindən çoxdan görüldüyünü düşünür. “Qars müqaviləsi olmasaydı və Türkiyə Naxçıvanın qarantı kimi çıxış etməsəydi, bu gün Naxçıvan da olmayacaqdı. Bunu bilməliyik. Bu gün mən Naxçıvana şəxsi avtomobilimlə gədə bilmirəm. Bunun üçün təyyarəyə minməliyəm. Azərbaycandan Türkiyəyə də avtomobillə gələ bilmirəm. Çünki arada Ermənistan var. Türk torpaqlarına quru yolu ilə getmək istəyirsinizsə, Ermənistandan, Gürcüstandan keçməlisiniz”, – deyə Q.Paşayeva bildirib.

Mənbə: Yeni Akit

(Türk dilindən tərcümə – WorldMedia.Az)

Ordu, Vacib

Nəşr edilib: 2018/06/04 13:10

Baxış: 1972


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06