“Azərbaycan bu şərtlə emənilərlə yaxşı münasibət qurmağa hazırdır ki…” – Nazir

Azərbaycan Demokratik Respublikası xarici, daxili çağırışlar, çətinliklər olsa da, Şərqdə və müsəlman dünyasında yaradılmış ilk demokratik respublika idi”.

Minval.info APA-ya istinadən xəbər verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr edilmiş beynəlxalq konfransda deyib.

E. Məmmədyarov bildirib ki, ADR o vaxt həyata keçirdiyi islahatlarla Qərb ölkələrini də üstələmişdi: “Qadınların səsvermə və vəzifə tutmaq hüququ təmin edilmişdi. Milli kimliyi yaratmaq üçün təhsil önəmli hədəflərdən birinə çevrilmişdi. ADR-in fundamental dəyərləri əsasında respublikamızın mövcudluğunu davam etdirmək çox önəmlidir”.

Nazir əlavə edib ki, SSRİ dağıldıqdan sonra Azərbaycan böhranla qarşılaşıb, erməni aqressiyası, etnik təmizləmə və ərazilərin işğalı 1 milyona yaxın qaçqın və məcburi köçkünün yaranması ilə nəticələnib: “Ancaq sonra görülən işlər və Bakı-Tbilisi-Ceyhan neft boru kəməri bizim üçün böyük imkanlar yaratdı. Yoxsulluq 49 faizdən 5 faizə, eləcə də işsizlik 5 faizə qədər düşdü və bu da dövlətin böyük nailiyyətlərindən biridir”.

E. Məmmədyarov qeyd edib ki, ölkənin rifahı yüksəlsə də, torpaqların işğal altında olması hələ də ən böyük problem olaraq qalır: “Son işlər bizi hansı istiqamətə aparacaq bilmirəm, amma reallıq budur ki, Azərbaycan yaxşı qonşuluq çərçivəsində ermənilərlə də yaxşı münasibət qurmağa hazırdır – əlbəttə ki, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi bərpa edildikdən sonra. Suverenliyimizi və ərazi bütövlüyümüzü əldən buraxmarıq. Sərhədlərimiz beynəlxalq səviyyədə tanınır”.

Nazir qeyd edib ki, Azərbaycan indi dünyada siyasi-iqtisadi baxımdan dayanıqlı müttəfiqə çevrilib: “Həyata keçirilən layihələr ölkəmizi enerji istehsalçısı, tranzit ölkəsi kimi tanıdır. TANAP və TAP müstəqillik və suverenliyə töhfə verəcək. Şərq və Qərb arasında olan rollarımızdan biri də multikulturalizmdir”.

Siyasət

Nəşr edilib: 2018/05/25 11:37

Baxış: 657


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06