Azərbaycan çempionatında gərgin həftə olacaq
Topaz Premyer Liqasında 19-cu turun oyunları martın 2-si və 3-ü aralığında keçiriləcək.
Minval.info xəbər verir ki, bu turda gərgin oyunlar baş tutacaq. 38 xala malik olan “Neftçi” və “Qarabağ” yalnız qələbə üçün meydana çıxıb, qalib gəlib və biri-birlərinin xal itirməsinə ümid edəcək. Bundan başqa, “Səbail”-“Sumqayıt” matçı da olduqca maraqlı keçəcəyi gözlənilir. “Dənizçilər” 3-cü pillədəki mövqeyini möhkəmlətməyə “Sumqayıt” isə sonuncu pillədən xilas olmaq üçün çalışacaq.
Eyni sözləri “Zirə” və “Qəbələ” klublarına aid etmək olar. Qəsəbə təmsilçisi 5-ci pillədə olan “Sabah” klubu ilə xal fərqini azaltmağa can atacaq. “Qəbələ” son 2 turda olan xal itkilərini qələbə ilə əvəz etmək üçün meydana çıxacaq.
2 mart (Şənbə)
“Neftçi” – “Sabah”
Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Cəmil Quliyev, Nail Nağıyev
“Bakcell Arena”, 18:30
“Səbail” – “Sumqayıt”
Hakimlər: Səbuhi Bayramov, Yaşar Abbasov, Müslüm Əliyev, Ziya Nəsirov
“Bayıl Arena”, 16:00
3 mart (bazar)
“Zirə” – “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Əli Cəbrayılov, Namiq Bəkirov
Zirə İdman Kompleksinin stadionu, 15:00
“Keşlə” – “Qarabağ”
Hakimlər: Orxan Məmmədov, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Nahid Xasıyev
“ASK Arena”, 17:30
Qeyd edək ki, iki günü əhatə edəcək turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.
Ağa Dadaşzadə

