“Azərbaycan Dəmir Yolları”nın yığılmış zərəri 2 milyard manatı keçib

“Azərbaycan Dəmir Yolları” QSC 2020-ci ili 516,187 milyon manat xalis zərərlə başa vurub.

Minval.info qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu ilə nisbətən 2,3 dəfə çoxdur.

Son nəticədə səhmdar cəmiyyətinin yığılmış zərəri 30,4% artaraq 2 212,434 milyard manat olub.

Ötən il ADY-nin əməliyyat gəlirləri 422,299 milyon manat (illik müqayisədə 4% çox), əməliyyat xərcləri 514,323 mln manat (11,9 % çox), digər xərcləri 423,133 milyon manat (2,5 dəfə çox), mənfəət vergisi ödəmələri isə 1,03 milyon manat (3,7 dəfə az) təşkil edib.

Bu il yanvarın 1-nə ADY-nin aktivləri 5 145,529 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 5,95 % çoxdur. Bunun 4 503,787 milyon manatı qurumun əmlak, tikili və avadanlıqlarının dəyəridir. 2020-ci ildə bu rəqəm 9,1 % artıb.

Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 0,6% artaraq 2 995,632 milyon manata, balans kapitalı isə 14,5% artaraq 2 149,897 milyon manata, o cümlədən nizamnamə kapitalı 12,4% artaraq 906,062 milyon manata çatıb.

Xatırladaq ki, ADY ölkə Prezidentinin 20 iyul 2009-cu il tarixli sərəncamı ilə yaradılıb. Nazirlər Kabinetinin 15 fevral 2010-cu il tarixli qərarı ilə qurumun nizamnaməsi və strukturu təsdiq edilib. Səhmdar cəmiyyəti 100 % dövlətə məxsusdur.

Maliyyə, Vacib

Nəşr edilib: 2021/11/24 15:23

Baxış: 45


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06