Azərbaycan dünyanı bu silahlarla heyrətə salacaq – SİYAHI

İyunun 26-da Ordumuzun yaradılmasının 100 illiyi münasibəti ilə hərbi parad keçirilməsi planlaşdırılır. Bu parad cəmiyyət tərəfindən böyük maraqla gözlənilir.
Müdafiə Nazirliyi Ordumuzun 100 illiyi münasibəti ilə keçiriləcək paradla bağlı mətbuata açıqlama verməyib. Lakin bu dəfə də Silahlı Qüvvələrimizin yerli istehsalatı olan silahlarla yanaşı, son 5 ildə aldığı yeni texnikanın da nümayiş etdiriləcəyi bildirilib.
Azərbaycan son paraddan sonra ordunun sahib olduğu silahların təkmilləşdirilməsinə xüsusi diqqət göstərir. Dövlətimiz xüsusilə silah istehsalı ilə məşğul olan Rusiya, İsrail, Türkiyə, Pakistan, Belarus, Ukrayna, Çexiya, CAR və digər öncül ölkələrdən silahlar alaraq, öz arsenalını yetərincə yeniləyib.
Nümunə üçün qeyd edək ki, Stokholm sülh problemləri İnstitutu yalnız 2016-2017-ci illər üçün Azərbaycanın xarici ölkələrdən 551 milyon dollarlıq silah aldığını bildirib. İnstitutun bu illər üzrə dünya silah ixracına dair tərtib etdiyi hesabatda yalnız mətbuata sızmış silah ticarətlərinin gəlirləri göstərilir. Bu isə onu sübut edir ki, göstərilən rəqəm hələ tam məbləğ deyil.
Minval.İnfo xəbər verir ki, Modern.az son beş ildə dövlətimizin xarici ölkələrdən aldığı silahlarla bağlı qısa bir araşdırma aparıb. Ortaya çıxan siyahıda adları mətbuata açıqlanan yeni silahalar haqda statistika əksini tapsa da, paradda indiyədək mətbuata sızmayan silahların da nümayiş etdiriləcəyi gözlənilir.
Paradda göstəriləcək silahların təxmini siyahısı:
Burada ən çox diqqət çəkən silahlardan 2018-ci ilin iyununda alınmış Belarus istehsalı”Polonez” raket kompleksinigöstərmək olar. Maksimal uçuş məsafəsi 300 km olan bu kompleksin sursatı 8 raket, bir raketin zərərvurma radiusu isə 80 metrdir. Kompleks düşmənin hava hücumundan müdafiə vasitələrinə və obyektlərinə, idarəetmə məntəqələrinə, radioelektron vasitələrinə, arxa cəbhə və digər obyektlərinə zərbə vurulması üçündür.
İsrail Azərbaycanın ikinci ən çox silah aldığı ölkədir. Bu dövlət Azərbaycana ən yeni silahlarını satır. İsraildən alınmış uzaq məsafəli”Spyder”Zenit-Raket Kompleksləri bu kateqoriyada dünyanın ən güclüsü hesab olunur.
Analoji olaraq yenə İsrail istehsalı “Hermes-450”pilotsuz uçuş aparatlarını da unutmaq olmaz. Azərbaycan da daxil olmaqla, dünyanın müxtəlif ölkələrinin silahlanmasında yer alan bu PUA Cənubi Qafqaz regionunda yalnız Azərbaycan və Gürcüstanın arsenalında mövcuddur.
Üstəgəl hələ rəsmi təsdiq edilməmiş İsrail istehsalı “Dəmir günbəz”raketdən müdafiə sistemlərini göstərməmək olmaz. “Dəmir günbəz” kompleksinə aid olan “EL/M-2080 Green Pine” AESA radarı 500-800 km məsafədən 3000 metr/saniyə sürətlə hərəkət edən hədəfləri deteksiya etməyə imkan verir və”Arrow”,”Barak-8”raketi ilə təchiz edilib. Yəni, bununla “İsgəndər M” (500 km) və “İsgəndər E” (280 km) raketlərini vurmaq, zərərsizləşdirmək mümkündür. İsraildən alınmış hədəfi vurma mənzili 130 km olan “Ekstra” ballistik raketləri də Ermənistanın “qorxulu yuxusu” adlandırılan silahlardandır.
Türkiyədən alınmış hədəfi vurma mənzili 150 km olan”Fırtına”raketləri ilə təhciz olunmuş”T-129”helikopterləri da diqqətə layiqdir. Bu helikopterlər Rusiya istehsalı olan “Qara köpəkbalığı” adlandırılan”K-50”dən daha üstündür.
Paradda həmçinin Türkiyədən alınmışTR-122 “Sakarya”reaktiv və mənzili 100 km-dən uzaq olan TR-300 “Kasırğa” yaylım atəş sistemləri də keçid edəcək.
Rusiya istehsalı olan və son illərdə alınan silahlara da nəzər salmaq lazımdır. Bu silahlara müasir”T-90S” tankları,”Smerç”reaktiv yaylım atəş sistemləri,S-300 PMU tipli “Favorit”zenit-raket komplekslərini və digər müasir və ya müasirləşdirilmiş silahları aid etmək olar.
Azərbaycan Ordusunun silahlanmasına yeni daxil olan Rusiya istehsalı 2S19 “Msta-S”özüyeriyən haubitsalar da parada namizədlər sırasındadır. Bu özüyeriyən artilleriya sistemi 152.4 mm çaplı mərmilərdən atəş açır. Haubitsa müxtəlif növ mərmilərlə 12 km-dən 29 km-dək uzaqlıqdakı hədəflərə qarşı tətbiq oluna bilir. Hazırda Azərbaycan daxil olmaqla 8 ölkənin silahlanmasında yer alır.
İndiyədək bir neçə dəfə Azərbaycan Ordusunun silahlanmasında yer alan9K57 “Uraqan”reaktiv atəş sisteminin də paradda ilk dəfə nümayişi nəzərdə tutulur. 1975-ci ildən müxtəlif orduların silahlanmasında yer alan bu 220 mm çaplı reaktiv yaylım atəş sistemi 10 km-dən 36 km-dək uzaqlıqdakı hədəfləri məhv etmək qabiliyyətinə malikdir.
Bundan əlavəMi-24,Mi-24G,Mi-17hərbi-nəqliyyat və çox məqsədli “Ka-27” gəmilərinin də nümayişi planlaşdırılır.
Hərbi paradda nümayiş olunacaq yeni sistemlərdən biri olan9K330 “Tor”zenit-raket kompleksi postsovet məkanında ən mükəmməl HHM sistemlərindən hesab olunur. Azərbaycanın bu kompleksi Ukraynadan aldığı bildirilir.
ABŞ-ın “Bell Helicopter Textron” şirkətinin istehsalı olan”Bell 412”çoxfunksiyalı helikopterin də paradda uçuş edəcəyi gözlənilir.
“Gürzə” patrul maşını.Müdafiə Sənayesi Nazirliyi tərəfindən Toyota HiLLUX 12 maşının bazasında istehsal edilmiş 4×4 təkər formulu bu maşın xüsusi təyinatlı qüvvələr və güc strukturları üçün nəzərdə tutulub.
BMP-3 piyadaların döyüş maşını. 2011-ci il paradında cəmi 3 ədəd BMP-3 keçid edib, bu il keçid edəcək BMP-3-ün sayı artırılıb.
Bundan başqa, müxtəlif hərbi nəqliyyat vasitələri üzərində yeni alınmış tank əleyhinə silahlar, Azərbaycanın yerli müəssisələrində istehsal edilmiş 14.5 və 12.7 mm çaplı antimaterial snayper tüfəngləri, 7.62 mm çaplı snayper tüfəngi, pulemyotlar, minaatanlar da tribuna önündən keçiriləcək.
Qeyd edək ki, Azərbaycanda ilk hərbi parad 1992-ci ilin oktyabrın 9-da baş tutub. 2008-ci il iyunun 26-daSilahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ikinci, 2011-ci il iyunun 26-da üçüncü, 2013-cü il iyunun 26-da isə dördüncü hərbi parad keçirilib.

