Azərbaycan fiqurlu konkisürmə üzrə növbəti Avropa çempionatında əlavə yerə sahib olub
“Report”un məlumatına görə, bu, hazırda Avstriyanın Qrats şəhərində davam edən analoji yarışda ölkə idmançısı Vladimir Litvintsevin çıxışı sayəsində mümkün olub.
Litvintsev kişilərin sərbəst proqramında 8-ci, qısa proqramda da 17-ci olub. İki çıxışın cəmində 221,09 xal toplayan 19 yaşlı idmançı çempionatı 9-cu yerdə başa vurub. Azərbaycana əlavə yer onun ilk “10-luğ”a düşməsi sayəsində verilib.
Qeyd edək ki, Avropa çempionu adına rusiyalı Dmitri Əliyev layiq görülüb. O, 272,89 xal toplayaraq, bütün rəqiblərini qabaqlayıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22


