Azərbaycan güləşçiləri Batumidə 5 medal qazanıb
Gürcüstanın Batumi şəhərində dünya çempionu Muxran Vaxtanqadzenin şərəfinə gənclər arasında yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib.
Məşqçilər Akif Əliyev və Zöhrab Abbasovun rəhbərliyi altında ölkəmizi təmsil edən komandamız 5 medal qazanıb.
Niyaz Ərzumanov (67 kq) gümüş, Həsən Məmmədli (60 kq), Laçın Vəliyev (87 kq), Tarış Əbilov (97 kq) və Xasay Yusubov (130 kq) isə bürünc mükafata sahib olub.
XƏBƏR LENTİ
2025/11/19 14:22

