Azərbaycan hərbi təyyarələri təlimlər üçün Türkiyəyə yola düşüb-FOTO
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən, iki dövlətin Hərbi Hava Qüvvələrinin iştirakı ilə Konya şəhərində “TurAz Şahini – 2021” birgə taktiki-uçuş təlimləri keçiriləcək.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Təlimlərdə iştirak edəcək Azərbaycan HHQ-nin 2 ədəd MiQ-29 və 2 ədəd Su-25 döyüş təyyarəsi sentyabrın 1-də Türkiyəyə yola düşüb.
Birgə təlimlərin sentyabrın 17-dək davam edəcəyi planlaşdırılır.
XƏBƏR LENTİ
2025/06/05 12:50
2025/04/15 12:08
2025/04/03 22:21