Azərbaycan əhalisi 2017-ci ildə nə qədər kasıblayıb?
Yola saldığımız 2017-ci il ərzində ölkə əhalisinin gəlirləri 2016-cı illə müqayisədə nominal ifadədə 8,7 faiz artaraq 49 milyard 162,9 milyon manata çatıb.
Minval.İnfo xəbər verir ki, ötən il istehlak məhsullarının və xidmətlərin qiymətləri, yəni inflyasiya səviyyəsi 2016-cı ilə nisbətən 12,9 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 16,4 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 11,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 9,3 faiz artıb.
Açıqlanan rəqəmlərə baxıldığı zaman açıq şəkildə görünür ki, ötən il istehlak qiymətləri əhalinin gəlirlərindən daha çox artıb.
Belə ki, ərzaq məhsullarının qiymətlərinin artımı əhalinin gəlirlərini təxminən 2 dəfə – 7,7 faiz bəndi. Bu o deməkdir ki, 2016-cı ildə 300 manat gəliri olan şəxsin ötən ilki gəliri 326,1 manat (8,7 faiz artıb) olub.
Eyni zamanda həmin şəxs 2016-cı ildə 300 manata adığı ərzaq məhsulu üçün ötən il 349,2 manat (16,4 faiz artım) ödəməlidir. Belə görünür ki, 2016-cı illə müqayisədə 2017-ci ildə ərzaq səbətində 23,1 manatlıq kəsr yaranıb.
Minval.İnfo

