Azərbaycan hökuməti gələn il turizm sektorunda 48 % artım gözləyir
“Gələn il Azərbaycanın turizm sektorunda 48 % artım olacağı gözlənilir”.
Minval.info-nun xəbərinə görə, bunu iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Milli Məslisin bu gün keçirilən plenar iclasında – “2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin II oxunuşda müzakirəsində bildirib.
“Proqnozun kəskin artımı post-pandemiya dövründə bu sahədə sıçrayışlı artım gözlənilməsi ilə bağlıdır. Növbəti illərdə də turizmdə ikirəqəmli artım olacaq”, – deyə o qeyd edib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

