Azərbaycan ilə BMT arasında tərəfdaşlıq məsələləri müzakirə olunub

Xarici işlər naziri Ceyhun Bayramov ilə BMT-nin İnkişafın Əlaqələndirilməsi Ofisinin Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Qvi-Yop Son arasında onlayn görüş keçirilib.
“Minval.info” xəbər verir ki, bu barədə BMT-nin Azərbaycan nümayəndəliyindən məlumat verilib.
Bildirilib ki, tərəflər BMT ilə Azərbaycan arasında dayanıqlı inkişaf məqsədilə tərəfdaşlıq, habelə pandemiyadan və münaqişədən sonrakı dövrdə dirçəliş məsələlərini müzakirə ediblər.
XƏBƏR LENTİ
2025/11/19 14:22

