Azərbaycan klublarının transferlərə xərclədikləri məbləğ bəlli olub
Azərbaycanın futbol klublarının 2020-ci ildə transferlərə xərclədikləri məbləğ açıqlanıb.
“Minval.info”un məlumatına görə, bu barədə FIFA-nın yaydığı hesabatda bildirilib.
Klublar il ərzində futbolçular üçün 1 milyon ABŞ dolları ödəyib.
Onların gəlirləri isə 500 000 dollardan bir qədər çox olub.
XƏBƏR LENTİ
2025/11/19 14:22

