Azərbaycan millisi 12-ci dəfə topu öz qapısına vurub

Azərbaycan millisi tarixində 12-ci dəfə topu öz qapısına vurub.

Bu, DÇ-2022-nin seçmə mərhələsinin I turunun Portuqaliya ilə oyununda baş verib.

Turində keçirilən və hazırda davam edən görüşün 37-ci dəqiqəsində Maksim Medvedev avtoqol müəllifi olub. Millimiz ikinci hissədə Fernando Santosun kollektivindən çəkinmədən mübarizə aparıb. Lakin bu, bərabərlik qolu üçün yetərli olmayıb. Nəticədə Portuqaliya 1:0 hesablı qələbə sayəsində aktivinə 3 xal yazdırıb. Bu, Medvedevin millinin heyətində 2-ci avtoqolu kimi tarixə düşüb. O, 2018-ci ildə Belarusla yoldaşlıq görüşündə də topu öz qapımızdan keçirməklə hesabı açmışdı.

Medvedevə qədər yığmamız 11 dəfə belə uğursuzluq yaşayıb. İlk avtoqol Tərlan Əhmədovun hesabındadır. Antirekordçu isə Rəşad Sadıqovdur. O, 4 dəfə topu yığmamızın qapısından keçirib.

Millidə Tərlan Əhmədov, Emin Ağayev, Emin Quliyev, Aftandil Hacıyev, Pavel Paşayev və Anton Krivotsyuk da avtoqola üzülüb.

7 sentyabr 2002-ci il. AÇ-2004-ün seçmə mərhələ oyunu
Bakı. Azərbaycan – İtaliya 0:2
Tərlan Əhmədov, 32 – hesabı açıb
12 oktyabr 2002-ci il. AÇ-2004-ün seçmə mərhələ oyunu
Helsinki. Finlandiya – Azərbaycan – 3:0
Emin Ağayev, 14 – hesabı açıb
14 dekabr 2003-cü il. Yoldaşlıq görüşü
Dubay. BƏƏ – Azərbaycan – 3:3
Emin Quliyev, 4 – hesabı açıb
26 mart 2005-ci il. DÇ-2006-ın seçmə mərhələ oyunu
Varşava. Polşa – Azərbaycan – 8:0
Aftandil Hacıyev, 16 – hesabı 0:2 edib
29 may 2010-cu il. Yoldaşlıq görüşü.
Bişofshofen. Makedoniya – Azərbaycan – 3:1
Rəşad Sadıqov, 66 – hesabı 0:2 edib
7 sentyabr 2010-cu il. AÇ-2012-nin seçmə mərhələ oyunu
Köln. Almaniya – Azərbaycan – 6:1
Rəşad Sadıqov, 53 – hesabı 0:4 edib
13 oktyabr 2014-cü il. AÇ-2016-nın seçmə mərhələ oyunu
Osiyek. Xorvatiya – Azərbaycan – 6:0
Rəşad Sadıqov, 61 – hesabı 0:6 edib
1 sentyabr 2017-ci il. DÇ-2018-in seçmə mərhələ oyunu
Oslo. Norveç – Azərbaycan – 2:0
Rəşad Sadıqov, 60 – hesabı 0:2 edib
23 mart 2018-ci il. Yoldaşlıq görüşü
Bakı. YO. Azərbaycan – Belarus – 0:1
Maksim Medvedev, 42 – yeganə qol
6 sentyabr 2019-cu il. AÇ-2020-nin seçmə mərhələsi
Kardiff. Uels – Azərbaycan – 2:1
Pavel Paşayev, 26 – hesabı açıb
5 sentyabr 2020-ci il. Millətlər Liqası
Bakı. Azərbaycan – Lüksemburq – 1:1
Anton Krivotsyuk, 48 – hesabı 1:1 edib
24 mart 2021-ci il. DÇ-2022-nin seçmə mərhələsi
Turin. Portuqaliya – Azərbaycan – 1:0
Maksim Medvedev, 37 – hesabı açıb

//apasport

İdman

Nəşr edilib: 2021/03/25 14:36

Baxış: 172


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06