Azərbaycan millisi ilk qələbəsini qazandı

Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Yaponiyadakı dünya çempionatında bu gün II tur matçına çıxıb.

Minval.info xəbər verir ki, C qrupunun oyununda rəqib Cənubi Koreya yığması olub. Kobe şəhərində təşkil olunmuş qarşılaşmadan Faiq Qarayevin baş məşqçi olduğu kollektiv qalib ayrılıb – 3:1. İlk 2 seti 25:18 hesablı üstünlüklə tamamlayan Azərbaycan millisi üçüncü setdə ciddi müqavimətlə üzləşib. Nəticədə Cənubi Koreya seti öndə tamamlayıb – 25:23. Lakin dördüncü set həlledici olub. Qarayevin komandası yenə 25:18 hesablı üstünlüklə görüşün taleyini həll edib.

Bu, dünya çempionatında ilk qələbə olub. Birinci turda Azərbaycan ABŞ-a 0:3, Cənubi Koreya isə Tailanda 2:3 hesabı ilə uduzub. Bu gün isə ABŞ Trinidad və Tobaqonu 3:0 (25:11, 25:11, 25:11) hesabı ilə məğlub edib. Saat 14:20-də Tailand Rusiya matçı başlanacaq.

Qeyd edək ki, bu oyunlardan sonra C qrupunda turnir cədvəlinə 6 xalla ABŞ başçılıq edir. Sonrakı 2 yerdə gedən Rusiya və Azərbaycanın hərəyə 3 xalı var. Tailand 2 xalla 3-cü, Cənubi Koreya 1 xalla 4-cü pillələrdədir. Xalı olmayan Trinidad və Tobaqo isə 6-cı pillədə qərarlaşıb.

Dünya çempionatı

C qrupu

30 sentyabr

11:10. Azərbaycan – Cənubi Koreya – 3:1 (25:18, 25:18, 23:25, 25:18)

İdman

Nəşr edilib: 2018/09/30 19:45

Baxış: 372


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06