Azərbaycan neftinin qiyməti dəyişdi
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 18-də 69,42 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,05 dollar/barel azdır.
Minval.info Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 67,89 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,074 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 62,8 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,21 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 68,57 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,21 dollar/barel çoxdur.
XƏBƏR LENTİ
2025/11/19 14:22

