Azərbaycan Ordusunun Baş Qərargah rəisi Anıtqəbiri ziyarət edib

Türkiyə Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün mavzoleyini – Anıtqəbiri ziyarət edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Minval.info-ya bildiriblər ki, Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyub, xatirəsini ehtiramla yad edib.
Baş Qərargah rəisi Xatirə kitabına ürək sözlərini yazıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

