Azərbaycan Qafqaz üçlüyündə geriyə düşür

Image result for Qubad İbadoğluİqtisadçı Qubad İbadoğlu yeni şərhində bildirir ki, 2018-ci il Azərbaycan üçün Cənubi Qafqazda iqtisadi liderliyin sonuncu ili olub: “Proqnozlara əsasən, hər nəfərə düşən milli gəlirə görə Azərbaycan Qafqazdakı üstün mövqeyini 2019-cu ildə Gürcüstana, 2021-ci ildə Ermənistana uduzur”.

Novator.az-ın məlumatına görə, Dünya Bankının “Qlobal iqtisadi perspektivlər” hesabatına istinad edən iqtisadçı yazır ki, 2016-cı ildə Azərbaycanda ÜDM 3,1 azalıb, 2017-ci il 0,1 faiz, 2018-ci il 1,1 faiz artımla başa çatıb: “2019-cu ildə 3,6 faiz, 2020-ci ildə 3,3 faiz, 2021-ci ildə 2,7 faiz, 2022-ci ildə 2 faiz artım gözlənir.

Ermənistanda ÜDM 2016-cı ildə 0,2 faiz, 2017-ci ildə 7,5 faiz, 2018-ci ildə 5,3 faiz artıb. 2019-cu ilin artım proqnozu 4,3 faiz, 2020 və 2021-ci illərin artım proqnozu 4,6 faiz, 2022-ci ilin artım proqnozu 4,5 faiz göstərilir.

Gürcüstanda ÜDM 2016-cı ildə 2,8 faiz, 2017-ci ildə 4,8 faiz, 2018-ci ildə 5,3 faiz artıb. 2019, 2020, 2021-cu illər üçün 5 faiz, 2022-ci il üçün 5,2 faiz artım proqnozlaşdırılır.

Dünya Bankı qeyd edir ki, 2019-cu ildə Azərbaycanda adambaşına ÜDM-in məbləği 4778 dollar, 2020-ci ildə 4888 dollar, 2021-ci ildə 4967 dollar, 2022-ci ildə 5054 dollar olacaq.

Ermənistan üçün adambaşına ÜDM-in məbləği 2019-cu il üzrə 4446 dollar, 2020-ci il üzrə 4705 dollar, 2021-ci il üzrə 4986 dollar, 2022-ci il üzrə 5285 dollar göstərilir.

Gürcüstanda adambaşına ÜDM-in 2019-cu ildə 4805 dollar, 2020-ci ildə 5196 dollar, 2021-ci ildə 5644 dolar, 2022-ci ildə 6133 dollar olacağı vurğulanır”.

İqtisadiyyat

Nəşr edilib: 2019/01/14 17:35

Baxış: 443


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06