Azərbaycan və İran xarici işlər nazirlərinin görüşü olub
İranın paytaxtı Tehranda rəsmi səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu ölkənin xarici işlər naziri Hüseyn Əmir-Abdullahianla görüşüb.
“Minval.info” “Report”a istinadən xəbər verir ki, bu haqda “Mehr” xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, Hüseyn Əmir-Abdullahian C.Bayramovu XİN binasının önündə qarşılayıb.
Nazirlər ikitərəfli əlaqələrin inkişafı, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
“Minval.info”
XƏBƏR LENTİ
2025/11/19 14:22

