Azərbaycan vətəndaşı Tbilisi hava limanında saxlanıldı
Tbilisi beynəlxalq hava limanında Azərbaycan vətəndaşı bəyan edilməmiş zinət əşyaları ilə saxlanılıb. Bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.
L.M. adlı Azərbaycan vətəndaşının əl çantasında ümumi çəkisi 6,3 kq olan gümüş əşyalar aşkar olunub.
Zinət əşyalarının ümumi dəyəri 7,768.58 lari (2 890 dollar) təşkil edib.
Gürcüstan qanunvericiliyə müvafiq olaraq saxlanılan şəxs zinət əşyalarının dəyərinə bərabər məbləğdə cərimə olunub. (Report)
XƏBƏR LENTİ
2025/11/19 14:22

