Azərbaycan Vatikanda səfirlik açır (SƏRƏNCAM)

Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda səfirliyi təsis edilib.
Minval.info xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti bununla bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, Nazirlər Kabinetinə səfirliyin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini, həmçinin sənəddən irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi isə səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.
XƏBƏR LENTİ
2025/11/19 14:22

