Azərbaycan XİN Braziliyanı təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Braziliya Federativ Respublikasını Müstəqillik Günü münasibətilə təbrik edib.
Minval.info xəbər verir ki, bu barədə Azərbaycan XİN-in rəsmi tviter səhifəsindəki paylaşımında deyilir.
“Braziliyaya Müstəqillik Günü münasibətilə səmimi təbriklərimizi çatdırır və bu əlamətdar gün münasibətilə uğurlar və çiçəklənmə arzu edirik. Müstəqillik Günün mübarək, Braziliya!”, – paylaşımda bildirilir.
Xatırladaq ki, Braziliyada Müstəqillik Günü 1822-ci il sentyabrın 7-dən etibarən hər il qeyd olunur. Həmin gün ölkə Portuqaliyadan ayrılaraq müstəqillik əldə etmişdir.
XƏBƏR LENTİ
2025/11/19 14:22

