Azərbaycan yığması Ermənistanda keçiriləcək Avropa çempionatına vəsiqə şansını itirib

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının elit-raundunda II tur oyununu keçirib.

“Report”un məlumatına görə, Vüqar Məmmədin baş məşqçi olduğu kollektiv Rusiyada təşkil olunan 1-ci qrupun növbəti matçında İrlandiya ilə üz-üzə gəlib. Krasnodardakı “Kuban” stadionunda baş tutmuş görüş rəqib komandanın qələbəsi ilə yekunlaşıb – 3:1. Qrupun digər qarşılaşması Rusiya və Rumıniya arasında olacaq.

Amma artıq Azərbaycan millisi Ermənistanda keçiriləcək final mərhələsinə vəsiqə şansını itirib. Səbəb İrlandiyanın xallarını 6-ya çatdırmasına rəğmən, millinin cəmi 1 xalının olmasıdır. Rumıniya ilə son turun görüşündə istənilən nəticə qrup lideri olmağa kifayət etməyəcək.

İlk turda Azərbaycan Rusiya ilə qolsuz heç-heçə etdiyi halda, İrlandiya Rumıniyanı darmadağın edib – 5:0.

Qeyd edək ki, U-19 elit-raunda vəsiqəni 2018-ci ilin noyabrında Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunmuş seçmə mərhələdən əldə edib. Daha sonra bu komanda Türkiyə və İspaniyada təlim-məşq toplanışlarında olub, çoxlu yoxlama oyunu keçirib.

İyulun 14-27-də Ermənistanda keçiriləcək final mərhələsinə yalnız qrup qalibi vəsiqə qazanacaq.

AVRO-2019-un elit-raundu

II tur

1-ci qrup

23 mart

13:00. İrlandiya – Azərbaycan – 3:1

Qollar: Rayt, 41, Nayt, 63, Afolabi, 85 – Kamran Quliyev, 73

Smallibone (51) və Turan Vəlizadə (73) penalti zərbəsini qolla yekunlaşdıra bilməyiblər.

Hakimlər: Adam Farkaş, Balaj Şert (hər ikisi Macarıstan), Yeqor Bolxovitin, Nikolay Voloşin (hər ikisi Rusiya)

Krasnodar, “Kuban” stadionu (Rusiya)

18:00. Rumıniya – Rusiya

İdman

Nəşr edilib: 2019/03/23 23:51

Baxış: 249


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06