Azərbaycanda 1 ailənin 5 üzvü qidadan zəhərlənib
Tovuz rayonunda 5 nəfər qidadan zəhərlənib.
Minval.info “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Bozalqanlı kəndində qeydə alınıb.
Onlar, 2011-cu il təvəllüdlü Rəvan Rəşad oğlu Əliyev, 2011-ci il təvəllüdlü Həsən Rəşad oğlu Əliyev, 2017-ci il təvəllüdlü Mehriban Rəşad qızı Əliyeva, 1986-cı il təvəllüdlü Məlahət Vaqif qızı Məmmədova və 1985-ci il təvəllüdlü Rəşad Əliyevdir.
Onların balıqdan zəhərləndiyi ehtimal olunur.
Onlara tibbi yardım göstərilib və hazırda vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

