Azərbaycanda 1 gün dincəlmək üçün xərclədiyiniz pula bu yerlərdə bir həftə dincələ bilərsiniz – FOTOLAR

Havalar isindikcə, artıq insanlar yayda uzun və yorucu ayların yorğunluğunu üzərlərindən atmaq barədə düşünməyə başlayırlar.

 Təbii ki, hər kəs öz cibinə görə istirahət planları qurur. Reallıqsa, uzun müddətdir Azərbaycanda istirahətin həm əl, həm də cib yandırdığını göstərir.

Azərbaycanda 7 gecəlik istirahətin qiyməti ilə qonşu ölkələrdəki qiymətləri müqayisə etdikdə cibə ən uyğun qonşu ölkələrdə istirahət olduğu müəyyənləşir. İllərdir bu problemlə bağlı mediada xəbərlər yer alsa da, hələ ki, həll yolu tapılmadığı müəyyənləşir.

İstirahət zonalarındakı ənənəvi hal almış qiymət yüksəkliyi bu il də tam gücü ilə davam etməkdədir. Bu bahalığın səbəbini öyrənmək istədikdə isə eyni cavabı eşidirik: “Aşağı dəyər vergisi tətbiq olunmalıdır ki, otelləri əlavə xərclərdən azad etmək mümkün olsun. Yalnız bu halda turizmə təkan vermək olar”. Təbii ki, bu cavablar məsələnin həlli yolunda bir irəliləyişə səbəb olmadığı üçün insanları maraqlandırmır.

İnsanların istirahət mərkəzlərindəki qiymətləri öyrənməsi üçün ən optimal variant booking.com saytıdır. Bu sayt vasitəsiylə dünyanın bir çox ölkələrindəki istirahət mərkəzlərinin, otellərin real qiymətlərini asanlıqla öyrənmək olar.

 Minval.info indi sizlərə Azərbaycanın ən tanınmış bölgələrindəki istirahət mərkəzlərində qiymətləri təqdim edir.

  • Qafqaz Tufandağ Resort otel

Booking.com saytında verilən qiymətə əsasən bu oteldə 1 günlük, tək nəfərlik istirahət etmək üçün 332, 7 gün qalmaq üçün nə az, nə çox 9146 AZN-dən keçmək lazım gələcək. Bu qiymətə yalnız qalmağa yer və səhər yeməyi daxildir.

Qafqaz Tufandağ Resort otel ile ilgili görsel sonucu

  • Marxal Resort otel

Otel Azərbaycanda ən yaxşı istirahət bölgələrindən biri olan Şəkidə yerləşir. Bu oteldə bir günlük, tək nəfərlik istirahət 273 AZN təşkil edir. Bu qiymətə yalnız otel və səhər yeməyi daxildir. 7 gün qalmağı düşünsəniz 1854 AZN-nizdən gözdən keçirməli olacaqsınız.

Marxal Resort hotel ile ilgili görsel sonucu

  • El Resort otel

Qaxda yerləşən El Resort otelində 1 günlük, tək nəfərlik istirahət etmək  üçün 158 AZN ödəmək lazım gələcək. 7 gün istirahət üçünsə 1106 AZN  ödəmək lazımdır. Bu qiymətə yenə də qalmaq üçün yer və səhər yeməyi  daxildir.

El Resort hotel ile ilgili görsel sonucu

  • Şahdağ otel

Qubada yerləşən bu oteldə bir günlük, tək nəfərlik istirahət 105 AZN, 7 günlük istirahət üçün 840 AZN ödənilməlidir. Adətə uyğun olaraq bu qiymətə sadəcə qalmaq üçün yer və səhər yeməyi nəzərdə tutulub.

Şahdağ otel ile ilgili görsel sonucu

  • Xanagah otel

İsmayıllıda yerləşən bu oteldə istirahət etmək digərlərinə nisbətən daha uyğun hesab etmək olar. Burada bir günlük, tək nəfərlik istirahət üçün 100 AZN, 7 günlük istirahət üçün isə 700 AZN ödənilməlidir. Bu qiymətə qalmaq üçün yer və səhər yeməyi daxildir.

Bu tesisin galeri resmi

Qiymətlərdən də aydın olur ki, yaşayış minimumu  133 AZN olan bir ölkədə az gəlirli ailələrin normal istirahət etməsi xəyal kimi görünür. Turizm şirkətləri özləri də Azərbaycandakı qiymətlərin qonşu ölkələrlə müqayisədə xeyli yüksək olduğunu təsdiqləyir.

Belə ki, Azərbaycanda nəqliyyat xərcləri də daxil olmaqla turistin 1 həftəlik dincəlməsi üçün xərclər qonşu Gürcüstanla müqayisədə təxminən 60 faiz, Türkiyə ilə müqayisədə isə təxminən 40 faiz bahadır. Buna görə də yerli turistlər ölkə daxilini deyil, qonşu ölkələri – xüsusən də Gürcüstan və Türkiyəni seçirlər.

İndi isə sizə Türkiyə və Gürcüstanda yerləşən bir neçə otelin qiymətlərini təqdim edirik.

  • Betsy otel

Tiblisidə, şəhər mənzərəsinə açılan bu lüks oteldə bir günlük, tək nəfərlik istirahət üçün 150 AZN, 7 günlük 1050 AZN ödəmək lazımdır. Qiymətə səhər yeməyi daxildir.

Betsy hotel ile ilgili görsel sonucu

  • Fabrika otel

Bu otel də Tiblisidə yerləşən, qədim otellərdən biridir. Oteldə birgünlük, tək nəfərlik 18 AZN, 7 günlük istirahət isə cəmi 126 AZN-ə başa gəlir. Qeyd edim ki, buraya səhər yeməyi daxil deyil.

Fabrika hostel Tbilisi ile ilgili görsel sonucu

  • Deluks otel

Batumidə yerləşən dəniz mənzərəli və dəbdəbəli bu oteldə 1 gün, tək nəfərlik istirahər 90 AZN, 7 günlük istirahət isə 630 AZN təşkil edir. Bu qiymətə səhər yeməyi də daxildir.

Deluxe hotel Batumi ile ilgili görsel sonucu

  • Artunc otel

İstirahətin məkanlarının sevimlilərindən hesab olunan Bodrumda yerləşən ən dəbdəbəli otellərdən biridir. Burada bir günlük, tək nəfərlik istirahət 138 AZN, 7 günlük istirahət isə 966 AZN-ə başa gəlir. Buraya səhərə yeməyi də daxildir.

artunc hotel bodrum ile ilgili görsel sonucu

  • Bodrum Turquoise Residence

Bodrumdə yerləşən həm gözəlliyinə görə, həm də qiymətinə gör ən diqqət çəkən otellərdən biri hesab olunur. Səhər yeməyinin də daxil olduğu bir günlük, tək nəfərlik istirahət 85 AZN, 7 günlük istirahət isə 595 AZN təşkil edir.

Bodrum Turquoise Residence ile ilgili görsel sonucu

Yuxarıda sadaladığım otellər xüsusi olaraq qeyd edim ki, ən lüks otellər sırasındadır və təklif olunan bu qiymət təbii ki, yerli turistlərin daha çox diqqət çəkməsinə səbəb olur. Vətəndaş bu qiymətə həm xaricə səfər etmiş, həm də istirahətini təmin etmiş olacaq. Lakin burada uduzan həm yerli turizm, həm də iqtisadiyyatımız olur.

Azərbaycanda çox yüksək qiymətlər və keyfiyyətsiz xidmət təklif edən istirahət məkanları isə bu vəziyyətdən narahat deyillər. Çünki onların müştəriləri ölkənin portmanatı qalın olan şəxsləridir. Orta və ya kasıb təbəqə onlara lazım deyil.

Buna görə də yerli turizmin bir gün bu problemlərdən qurtulmasını arzu edirik.

Məleykə Ağasoy

Minval.info

Vacib

Nəşr edilib: 2018/06/27 13:20

Baxış: 3008


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06