Azərbaycanda 16 yaşlı qız qaçırıldı
Goranboyda 16 yaşlı qızı qaçıran sürücü və avtomobil saxlanılıb.
Minval.info “Qafqazinfo”ya istinadən xəəbər verir ki, rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 17-də 16 yaşlı qızın qaçırılmasında istifadə olunan “Mercedes” markalı avtomobil və sürücü İlqar Bayramov saxlanılıb.
Hazırda 16 yaşlı qızı qaçıran şəxsin saxlanılması istiqamətində araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

