Azərbaycanda 16 yaşlı qız ərə verilib? – FOTO – AÇIQLAMA
Bu barədə sosial şəbəkədə məlumat yayıb. Bildirilib ki, qız oğlanla zorla evləndirilib və martın 17-də Sumqayıtda oğlan toyu olacaq.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyevin AZXEBER.COM-a verdiyi açıqlamaya görə hadisə araşdırılır:
“Sosial şəbəkədə 16 yaşlı qızın ailə qurması ilə bağlı yayılan xəbərlər araşdırılır”.
Məsələ ilə bağlı Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu AZXEBER.COM-a açıqlamasında həmin şəxslərin axtarıldığını bildirib:
“Mən də bu xəbəri sosial şəbəkələrdə gördüm. İndi biz bu şəxsləri axtarırıq. Bu xəbəri yazan adam gərək onların ünvanını da yazardı ki, biz onları rahat şəkildə tapa bilək. Araşdırma aparılır”.

XƏBƏR LENTİ
2025/11/19 14:22


