Azərbaycanda 8 korona xəstəsi saxlanıldı

Sentyabrın 18-19-da daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 8 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilib.
Bu barədə Minval.info-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 1 nəfər barəsində cinayət işi başlanılıb.
İstintaq araşdırmaları davam etdirilir.
XƏBƏR LENTİ
2025/11/19 14:22

