Azərbaycanda ağır qəza: 2 ölü, 4 yaralı
Gədəbəy rayonunda ağır yol qəzası baş verib.
“Report”un Qərb bürosunun məlumatına görə, “VAZ-2107” və “VAZ-2106” markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər ölüb, daha 4 yaralı var.
Hadisə nəticəsində ölənlər – Qarayev Nayiq Sabir oğlu (1979) və İsmayilov Aydın Sürəddin oğlu (1976). Hər ikisi hadisə yerində ölüb.
Yaralılar – Rüstəmova Arzu Məcid qızı (1988), Əsgərova Mətanət Kamil qızı (1982), Alsəfərov İman İsgəndər oğlu (1965), Tağızadə Emin Elxan oğlu ( 2003).
Hadisə rayonun Gərgər kəndi ərazisində baş verib. Maşınlardan biri taksi fəaliyyəti ilə məşğul olub.Faktla bağlı araşdırma aparılır.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

