Azərbaycanda ağır qəza: Bir ölü, iki yaralı
Lənkəranda ağır yol qəzası baş verib.
Oxu.Az xəbər verir ki, hadisə Ələt – Astara magistral yolunun Lənkəran rayonu Girdəni kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza “Mercedes” markalı, 90-LK-933 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində olub.
Yoldan çıxaraq aşan maşının sürücüsü və sərnişinlərdən biri xəsarət alıb.
Digər sərnişin isə hadisə yerində ölüb.
XƏBƏR LENTİ
2025/11/19 14:22


