Azərbaycanda ağır yol qəzası- ölən və yaralananlar var
Noyabrın 1-də saat 20 radələrində Yevlax rayonunun Malbinəsi kəndi ərazisində rayon sakinləri P.Məhərrəmovun idarə etdiyi “VAZ-2106” və S.Səfərovun idarə etdiyi “Nissan” markalı avtomobillər toqquşub.
Bu barədə “Minval.info”ya DİN-in mətbuat xidmətindən bildirilib.
Nəticədə P.Məhərrəmovun sərnişini olan anası Həqiqət Məhərrəmova hadisə yerində ölüb, özü və 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.
Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22


