Azərbaycanda araq içən uşaqların görüntüləri yayıldı
Sosial şəbəkədə Azərbaycanda 7-11 yaş aralığında olan uşaqların içki süfrəsində olan görüntüsü yayılıb.
Yayılan videoda onların araq içdiyi əksini tapıb. Minval.info xəbər verir ki, kriminal aləmdə olan “qardaş”larının şəninə sağlıq deyən bu uşaqların alkoqollu içki qəbul etməsi isə sosial şəbəkədə birmənalı qarşılanmayıb. Bəzi istifadəçilər onların sadəcə oyun oynadıqlarını, içdiklərinin su olduğunu iddia ediblər.
Qeyd edək ki, uşaqların yaşını və KİV haqqında qanunu nəzərə alaraq həmin görüntüləri təqdim etmirik.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

