Azərbaycanda avtobus qəzası – Ölən və yaralananlar var
Qazaxda avtobus və minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var.
Minval.info APA-ya istinadən xəbər verir ki, qəza Bakı-Qazax-Tbilisi magistral yolunun, Qazax şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan avtobusun “Mercedes” markalı minik avtomobili ilə toqquşması nəticəsində 1 nəfərin öldüyü, bir neçə nəfərin xəsarət aldığı bildirilir.
Yaralılar Qazax Müalicə-Diaqnostika Mərkəzinə çatdırılıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

