Azərbaycanda baş həkimin qızını zorladılar
“Səni axtarıram” verilişində dəhşətli faktın üstü açılıb.
Primetime.az xəbər verir ki, Nərgiz adlı özbək qız azərbaycanlı Anar İbrahimov tərəfindən zorlandığını etiraf edib. Hazırda 7 aylıq hamilə olan qadın bildirib ki, Anar onu aldadaraq Özbəkistandan Azərbaycana dəvət edib. Böyük xəyallarla bura gələn qadın Anarın evli və iki uşaq atası olduğunu öyrənib: “Mən ona demişdim ki, toya qədər mənə toxunmasın. Bakıda ev tutdu. Dərman verib mənimlə cinsi əlaqəyə girib. Bilməmişəm, xəbərim olmayıb. Atam baş həkim idi, özüm də universitetlər bitirmişəm. Axı ailəli adam mənim nəyimə lazım idi?! Onun ailəli olduğunu bilmirdim. Onun ailəli olduğunu dostundan öyrəndim. Mən qadınam, hər şeyi normal istəyirdim”.
Nərgiz bildirib ki, onun başına gələn hadisələr səbəbindən anası və atası xəstələnərək vəfat edib.
Qeyd edək ki, Nərgizin atası Özbəkistan xəstəxanalarının birində baş həkim işləyirmiş.

