Azərbaycanda bayram günü faciəvi hadisə – Azyaşlı güllələndi…
Xaçmaz rayonunda 10 yaşlı oğlan qardaşını güllələyib.
“Report” xəbər verir ki, hadisə rayonun İlxıçı kəndində qeydə alınıb.
Məlumata görə, E.Ş. evdə nəzarətsiz qalan tüfənglə ehtiyatsız davrandığından 4 yaşlı qardaşı R.-ya atəş açıb.
Azyaşlı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

