Azərbaycanda birdən birə 3 nəfər intihara cəhd etdi – Video
Minval.info // Ucar rayonunda intihara cəhd edilib.
Report xəbər verir ki, hadisə günorta saatlarında şəhərin Azərbaycan küçəsində qeydə alınıb. Hələlik adları məlum olmayan 3 nəfər rayon sakini hündür binanın üstünə çıxaraq özlərinə qəsd etmək istəyib.
Əraziyə dərhal hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunublar. Hazırda hər 3 şəxsi binanın üstündən endirmək üçün danışıq aparılır.
Faktla bağlı araşdırmalara başlanılıb.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

