Azərbaycanda bu mobil proqrama blok qoyuldu
“GetContact” proqramının fəaliyyəti dayanıb.
Minval.İnfo xəbər verir ki, mobil nömrəni yazmaqla onun kimə məxsus olduğunu öyrənmək üçün istifadə olunan “GetContact” proqramı bu gün səhər saatlarından etibarən işləmir.
Son günlər müzakirə mövzusuna çevrilən mobil tədbiqin dayandırılma səbəbi bəlli deyil. Amma daha öncə də oxşar proqram gündəmə gəlmişdi və o da ölkə ərazisində blok edilmişdi.
Qeyd edək ki, ötən gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi proqramla bağlı açıqlama yaymışdı.
Minval.İnfo
XƏBƏR LENTİ
2025/11/19 14:22

