Azərbaycanda dəhşət: Ana 10 aylıq qızını boğaraq öldürdü
Ağdamda ana qızını qətlə yetirib.
“Minval.İnfo” xəbər verir ki, ONA-nın yerli muxbirinin xəbərinə görə, rayonun Qərvənd kəndində məskunlaşan 1992-ci il təvəllüdlü İsmayılova Günel Şahsevər qızı ailə münaqişəsi zəminində on aylıq körpə qızını boğaraq öldürüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. G.İsmayılova saxlanılaraq Polis Şöbəsinə aparılıb. Hadisənin təfərruatları araşdırılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

