Azərbaycanda dəhşətli qəza: 3 nəfər öldü
Bərdə rayonunda bir neçə nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
Minval.İnfo-un Report-a istinadən məlumatına görə, hadisə Yevlax-Bəhrəmtəpə avtomobil yolunun Bərdə rayonunun Mehdili kəndi ərazisində olub.
“KamAZ” markalı yük avtomobili ilə “VAZ-21011” maraqlı minik avtomobili toqquşub. İlkin məlumata görə, nəticədə minik avtomobilinin sürücüsü və iki sərnişini ölüb.
Faktla bağlı Bərdə rayon Polis şöbəsində araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22


Bərdə rayonunda bir neçə nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.