Azərbaycanda dəhşətli qəza: 5 nəfər öldü
Son verilən məlumata görə, ölənlərin sayı 5-ə bərabərdir.
Onlar traktorun qoşqusunun su kollektoruna aşması nəticəsində boğularaq ölüb.
İlkin məlumatda onlardan 3-nün bir ailənin üzvü olduğu deyilir.
Traktoru idarə edən Şəhriyar qəsəbə sakini Əjdər İmanov ailə üzvlərini və yaxın qohumlarını tarlaya işləməyə aparırmış.(APA)
Bundan öncə 6 nəfərin öldüyü bildirilirdi.
***
Sabirabad rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub.
Şəhriyar kəndində traktorun qoşqusunun aşması nəticəsində 6 nəfərin öldüyü bildirilir. Daha bir neçə nəfər xəsarət alıb.
İlkin ehtimala görə, ölənlərin hamısı pambıq tarlasına işləməyə gedən qadınlardır.
***
“Report”un ilkin verdiyi məlumatda 7 nəfərin öldüyü bildirilirdi.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22


