Azərbaycanda dəhşətli qəza: 8 nəfər öldü
Minval.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu Qızılca kəndi ərazisindən keçən hissəsində baş verib.
Hərəkətdə olan “VAZ 2106” və “VAZ 2107” markalı iki avtomobil toqquşub. Səhiyyə Nazirliyindən verilən məlumata görə, qəza nəticəsində 8 nəfər ölüb. Onlardan 3-ü kişi, 3-ü qadın, 2-si isə uşaqdır. Bir nəfər qadın isə Gəncə şəhər Xəstəxanasının travmotologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağırdır.
Qəzada həlak olan 2 nəfərin şəxsiyyəti məlum olub. Onlar “VAZ 2107″nin sürücüsü, 1995-ci il təvəllüdlü Eldəniz Gəray Oğlu Həsənov və 1986-cı il təvəllüdlü Aslan Əbülfəz oğlu Camalovdur.
XƏBƏR LENTİ
2025/11/19 14:22


