Azərbaycanda dəhşətli yol qəzası: Yaralılar var – FOTO/VİDEO
Göygölün Yeni Zod kəndində ağır yol qəzası baş verib. “Niva” markalı minik maşınının aşması nəticəsində 3 nəfər yaralanıb. Avtomobil tamamilə yararsız vəziyyətə düşüb.
Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, yaralılar Gəncə şəhər Təcili Yardım Xəstəxanasına çatdırılıblar.
Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilib.
Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
2025/11/19 14:22

