Azərbaycanda daha 36 məktəb istifadəyə veriləcək
“Bu il Azərbaycanda daha 36 məktəb istifadəyə veriləcək. Bununla yanaşı, cari il ərzində ölkədə 50 modul tipli məktəbin də istifadəyə verilməsi nəzərdə tutulub”.
Musavat.com xəbər verir ki, bu barədə media nümayəndələri üçün təlimdə Təhsil Nazirliyinin əsaslı tikinti və təchizat idarəsinin şöbə müdiri Xəlil Qasımov bildirib.
O, deyib ki, son 15 ildə Azərbaycanda 3200 məktəb tikilərək istifadəyə verilib: “Bu məktəblərdən 941-i Təhsil Nazirliyinin sifarişi ilə həyata keçirilib. Bununla yanaşı, bu vaxta qədər 44 rayonda 243 modul tipli məktəb şagirdlərin ixtiyarına verilib. Həmçinin bu müddət ərzində 535 məktəb yenidən tikilib”.
X.Qasımov bildirib ki, bu il 55 məktəbin təmiri, 8 peşə məktəbinin tikintisi nəzərdə tutulub.
XƏBƏR LENTİ
2025/11/19 14:22

