Azərbaycanda daha 980 nəfər COVID-19-a yoluxub, 12 nəfər vəfat edib
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 980 yeni yoluxma faktı qeydə alınıb, 309 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 241 651 koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 231 370 nəfər müalicə olunaraq sağalıb, 3 298 nəfər vəfat edib, aktiv xəstə sayı 6 983 nəfərdir.
XƏBƏR LENTİ
2025/11/19 14:22

